"Konyaspor" futbolçusu Samuel Eto`O  ilə yolları ayırıb. 

Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu ilə 2020-ci ilin yayında başa çatacaq müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Kamerunlu oyunçuya 1 milyon avro təzminat ödəniləcək.

 Qeyd edək ki, Samuel Eto`O ötən mövsümün ikinci yarısından "Konyaspor"da oynayırdı.(qol.az)